BAKI, 10 may. TELEQRAF
Ölkədə olan məktəblərin 90%-i ya yenidən təmir olunub, ya da yenidən tikilib.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəblərin böyük qismində vəziyyət yaxşıdır.
"Birinci təmir etməyə çalışdığımız məktəblər böyük həcmli məktəblərdir. Çünki həmin məktəblər təhsil baxımından daha çox uşağın həyatını dəyişir", - o vurğulayıb.