AZ

Dünya yeni pandemiya astanasında: Ölümcül virus necə yoluxur? TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"MV Hondius" kruiz gəmisində yayılan ölümcül hantavirus infeksiyası ilə bağlı beynəlxalq səhiyyə qurumları genişmiqyaslı əməliyyata başlayıb. Hazırda gəmi ilə təmasda olan yüzlərlə insanın müəyyən edilməsi üçün "təmas izləmə" (contact tracing) prosesi həyata keçirilir.Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, əsas narahatlıq virusun insandan-insana keçə bilən nadir "Andes" ştamı ilə bağlıdır.Kanadanın Səhiyyə Agentliyi artıq ölkəyə qayıdan 6 vətəndaşını nəzarətə götürdüyünü təsdiqləyib. Onlardan ikisi hazırda Ontario ştatında ev şəraitində izolyasiya edilib.Mütəxəssislərin rəyinə görə, hantavirusun inkubasiya (gizli) dövrü 6 həftəyə qədər davam edə bildiyi üçün hazırda simptomu olmayan şəxslər də potensial daşıyıcı hesab olunurlar. Səhiyyə rəsmiləri gəmidən vaxtından əvvəl enmiş sərnişinlərin siyahısını araşdırır və onlarla eyni təyyarədə uçan digər sərnişinləri də risk qrupuna daxil edib.Qeyd edək ki, sözügedən infeksiya üçün hələlik xüsusi peyvənd və ya birbaşa antivirus müalicəsi mövcud deyil. İnfeksionistlər virusun hava ilə deyil, yalnız çox yaxın və uzunmüddətli təmas zamanı keçicidir olduğunu bildirirlər.Xatırladaq ki, indiyədək gəmidə 3 nəfər virus səbəbindən dünyasını dəyişib.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
demokrat.az

1Mənbələr