AZ

Uşanqi Kokauri 1/4 finala yüksəldi, Aslan Kotsoyev 1/8 finala vəsiqə qazandı VİDEO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha üç üzvü tatamiyə çıxıb.

90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev turnirə uğurlu start verib. O, Qazaxıstan təmsilçisi Aybol Nissanalını məğlub edərək 1/8 finala yüksəlib.

100 kq-dan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri qazaxıstanlı Jantilek Nurtilepuludan üstün olub və 1/4 finala vəsiqə qazanıb.

Azərbaycanın ağır çəkidə digər təmsilçisi Camal Feyziyev isə polşalı Yakub Sordilə uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində hələ medal yoxdur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
icma.az

1Mənbələr