AZ

Vinisius "Siti"yə keçəcək?

“Mançester Siti” “Real”ın hücumçusu Vinisius Junior uğrunda mübarizəyə qoşulmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, braziliyalı futbolçu yeni müqavilə ilə bağlı razılığa gələ bilmir və bu vəziyyət onun yayda satılmasına səbəb ola bilər. Qeyd olunur ki, Madrid klubu ötən il Vinisiusa açıq şəkildə bildirib ki, yeni müqavilə imzalanmasa, onun satışı gündəmə gələ bilər.

Bununla belə, futbolçunun karyerasını “Real”da davam etdirməsi hələ də ən real ssenari hesab olunur. Lakin tərəflər əməkdaşlığa son qoymaq qərarına gəlsə, mümkün alternativ variantlar üzərində artıq iş aparılır.

Seçilən
12
publika.az

1Mənbələr