AZ

"Vaşinqtonu gözlənilməz variantlar gözləyir"-İran ordusundan şok bəyanat:

İran ordusu ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı daha əvvəl nümayiş etdirilməyən, tamamilə yeni hərbi texnologiyalar və taktikalardan istifadə edəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, İran ordusunun rəsmisi Məhəmməd Əkrəminiya ölkəsinin "yeni nəsil müharibəyə" tam hazır olduğunu və Vaşinqton üçün "gözlənilməz variantlar" hazırladıqlarını bildirib.

O qeyd edib ki, əgər ABŞ növbəti dəfə səhvə yol verərək İrana hücum edərsə, Tehran hələ onlara məlum olmayan daha təkmil silahlar və yeni müharibə metodları ilə cavab verəcək.

Əkrəminiyanın sözlərinə görə, bu yeni yanaşma təkcə hərbi texnika ilə məhdudlaşmır, həm də döyüşün aparılacağı "yeni sahələri" əhatə edir. Hərbi ekspertlər bu "yeni sahələr" ifadəsinin kiber-hücumlar, kosmik texnologiyalar və ya asimmetrik dəniz taktikaları ola biləcəyini ehtimal edirlər. İran rəsmisi vurğulayıb ki, düşmən tərəf İranın müdafiə qabiliyyətini tam dərk edə bilmir və qarşılaşacaqları cavab onları sarsıdacaq.

 Hazırda Pentaqonun İranın bu "yeni nəsil müharibə" hədələrinə və məxfi silah anonsuna necə reaksiya verəcəyi dünya mediasının diqqət mərkəzindədir. Tehran bu çıxışı ilə göstərir ki, klassik müdafiə taktikasından daha hücumameyilli və texnoloji bir mərhələyə keçid edib.


Musavat.com

Seçilən
62
musavat.com

1Mənbələr