Türkiyə çempionatında sondan əvvəlki, yəni 33-cü turun oyunları keçirildi. Gözlənildiyi kimi bu tur həm çempionun adına aydınlıq gəldi, həm də elitanı tərk edən ilk klublar bəlli oldu. ''Qalatasaray''ın qonağı olan ''Antalyaspor'' nə qədər çalışsa da, sürpriz edə bilmədi. Hərçənd elitada qalmaq yolunda xallara kəskin ehtiyac duyan qonaqlar ən azı azmkarlığa görə ən xoş sözlərə layiqdilər. ''Antalyaspor'' matçın gedişində iki dəfə önə keçdi və 88-ci dəqiqəyə qədər hesab 2:2 idi. Amma İstanbul nəhəngi Osimhenin sayəsində rəqibin müqavimətini qıraraq yekunda 4:2 qalib gəldi. Nigeriyalı forvard bu görüşdə dubl etdisə, digər qolları Lemina ilə Kaan Ayhan vurdu. Beləliklə, ''Qalatasaray'' bu əzmkar qələbə sayəsində ardıcıl 4-cü, tarixinin 26-cı çempionluğunu qazandı! Ən yaxın rəqib olan ''Fənərbaxça'' ilə çempionluq sayındakı fərq 7-yə yüksəldi! Özü də ''Cim-Bom'' tarixində ikinci dəfə ardıcıl 4 mövsümlük çempionluq seriyası yaxalamış oldu. Komanda daha öncə 1996-2000-ci illərdə Fatih Terimin dönəmində bunu bacarmışdı. Avropanın ən güclü 10 çempionatına nəzər salsaq, ''Qalatasaray'' iki fərqli dönəmdə ardıcıl 4 çempionluq yaşayan cəmi 6 kollektivdən biridi. Digərləri ''Real'', ''Yuventus'', ''Portu'', PSJ və PSV-di. ''Sarı-qırmızılar'' ''maylar bizimdi'' şüarını yenə doğrultdular. Həqiqətən də Türkiyə çempionatı tarixində mayda ən yüksək (60) qələbə faizinə malik olan komanda məhz ''Qalatasaray''dı. Mauro İkardi ilə Lukas Torreyra George Hacidən bu yana superliqada ardıcıl 4 çempionluq yaşayan ilk əcnəbilər oldular. ''Kayserispor'' və ''Fatih Karagümrük''ün elitanı tərk etməsi rəsmiləşdi. ''Antalyaspor'' ''Qalatasaray''a məğlubiyyətdən sonra düşmə zonasına gerilədi. Düzdü, komandanın hələ xilas olmaq şansı var. Amma ''ağ-qırmızılar''ın taleyi öz əlində deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta