AZ

Fitso Azərbaycanın mövqeyini dəstəklədi “Əliyev düzünü deyib”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

9 mayda Moskvada səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso geri dönərkən jurnalistlərə verdiyi açıqlamada Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərdə haqlı mövqe tutduğunu qeyd edib.

“AzPolitika” xəbər verir ki, Slovakiya Baş Naziri ölkəmizin müstəqil xarici siyasət nümunəsi göstərdiyini vurğulayıb.

Fitso Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəkləyib və Avropa qurumunun fəaliyyətini tənqid edib: "Yeri gəlmişkən, İrəvanda suveren xarici siyasət nümunəsinin şahidi oldum - bu dəfə Azərbaycandan. Ölkə Prezidenti Avropa Parlamentini bu ölkəyə qarşı qəbul edilmiş müxtəlif bəyannamə və qətnamələrə görə kəskin tənqid etdi".

Fitsonun sözlərinə görə, Azərbaycan Prezidenti "həqiqəti danışıb": "Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaq və başqalarının işlərinə qarışmaq əvəzinə, ilk növbədə Avropa məsələlərini - bizdə bunlar kifayət qədərdir - həll etməli olduğunu bildirəndə həqiqəti deyib".

Baş nazir həmçinin Avropa Parlamentinin Bratislava ilə bağlı son qətnaməsini də tənqid edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
azpolitika.info

1Mənbələr