AZ

"Barselona" Mbappe ilə danışıq aparıb - Bartomeu açıqladı

"Barselona"nın keçmiş prezidenti Xosep Bartomeu klubun hücumçu Kilian Mbappeni 2017-ci ildə transfer edə biləcəyini bildirib.

Fanat.Az xəbər verir ki, ESPN sabiq klub funksionerinin dediklərini belə çatdırıb:

"Monako"nun istədiyi çox böyük məbləği ödəyə bilərdik. Dünyadakı hər kəsdən daha çox qazanırdıq. Maliyyə vəziyyətimiz yaxşı, hətta çox yaxşı idi. Mbappenin atası ilə bir neçə dəfə danışdım, amma PSJ "Monako"ya çox təzyiq göstərirdi və Kilian özü də parislilərə üstünlük verirdi. Eyni zamanda, məşqçilər heyətinin daha çox üstünlük verdiyi Usman Dembele ilə danışıqlar aparırdıq. Belədə Mbappenin keçidi baş tutmadı".

Xatırladaq ki, Mbappe 2017-ci ildən 2024-cü ilə qədər PSJ-də çıxış edib. Daha sonra Kilian azad agent kimi "Real Madrid"ə keçib. O, hazırda zədəlidir.

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr