AZ

TƏBİB kollektivi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar TƏBİB-in icraçı direktoru Anar Bayramov, icraçı direktorun müavinləri, müşavirləri və struktur bölmə rəhbərlərinin iştirakı ilə Fəxri xiyaban ziyarət olunub.

TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.

Seçilən
50
azertag.az

1Mənbələr