AZ

“Real” “El Klasiko”ya Mbappesiz çıxacaq

Madrid “Real”ının hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 35-ci turunda “Barselona”ya qarşı keçiriləcək oyunun heyətinə daxil edilməyib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma mayın 10-da, bazar günü baş tutacaq. Klubun mətbuat xidməti bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, “El Klasiko” ərəfəsində fransalı futbolçu komanda ilə məşqlərdə iştirak edib. Aprel ayının sonunda Mbappedə sol ayağın yarıvətər əzələsində zədələnmə aşkarlanmışdı.

Digər tərəfdən, yarımmüdafiəçi Orelyen Tçuameni də oyunun heyətinə salınıb. O, Federiko Valverde ilə baş verən insidentə görə 500 min avro cərimələnmişdi.

Görüş Barselonada, “Spoti fay Kamp Nou” stadionunda keçiriləcək. Matçı baş hakim Alehandro Ernandes Ernandes idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Seçilən
35
90deqiqe.az

1Mənbələr