Ulu Öndər Heydər Əliyev modern Azərbaycanın qurulmasına böyük töhfə verib.
İnterpress.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlər nöqteyi-nəzərindən Ulu Öndərə aid edilən “bir millət, iki dövlət” anlayışı bu gün mükəmməl səviyyəyə çatan Türkiyə və Azərbaycan münasibətləri baxımından hələ də istifadə olunan ən önəmli şüardır:
“Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə bir daha onun bu millətə bəxş etdiyi bütün dəyərlərə görə onu rəhmətlə, hörmətlə, minnətdarlıqla və xeyirlə yad edirik. Allah rəhmət eləsin”.