Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
"Gənc velosipedçilərimizin biraz təcrübələri çatmadı".
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib.
O bildirib ki, idmançılarımız tələsdikləri üçün finişə qədər gücləri çatmayıb:
"Uşaqlarımız pis çıxış etmədilər. Qalibləri təbrik edirəm. Yarış asan olmadı. Doqquz illik fasilədən sonra müəyyən suallar var idi. Sevindirici haldır ki, bütün çatışmazlıqları aradan qaldırdıq".
Sahib Ələkbərov yarış zamanı velosipedçilərin kiçik qəza törətdiklərini və yolun vaxtında təmizləndiyini vurğulayıb.
"Havanın isti olmasına baxmayaraq yarış üçün maksimum komfortlu şərait yaradılıb".
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Araz Xəlilli
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.