AZ

Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Müasir Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və Nazirliyin kollektivinin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
4
unikal.az

5Mənbələr