AZ

Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib

Hücumçu Kilian Mbappe İspaniya futbol çempionatının 35-ci turu çərçivəsində "Barselona"ya qarşı səfər matçı üçün "Real"ın iştirak ərizəsinə daxil edilməyib.

"Report" xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Mbappe yarımvətər əzələsinin zədələnməsi səbəbindən birinciliyin "Espanyol"a qarşı səfər oyununu (2:0) buraxmalı olub.

"Barselona" İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir, "Real" isə ikinci yeri tutur. Komandaların hesabında müvafiq olaraq 88 və 77 xal var. Görüş bazar günü saat 23:00-da başlayacaq. "Barselona" qarşıdakı görüşdə uduzmasa, ölkə çempionu ola bilər.

Seçilən
29
1
far.az

2Mənbələr