AZ

Tarix belə azarkeşlik görməmişdi

Çexiya çempionatında “Slaviya” və “Sparta” arasında keçirilən oyun ev sahibi komandanın azarkeşlərinin meydana axışmasından sonra yarımçıq qalıb.

Publika.az xəbər verir ki, matçın sonuna təxminən üç dəqiqə qalmışdı, “Slaviya” 3:2 hesabı ilə öndə idi və qalib gəlsəydi, çempion olacaqdı.

Lakin həmin anda komandanın azarkeşləri əllərində tüstü bombaları və alovlu işıqlarla meydana qaçaraq “Sparta” oyunçularına – qapıçı Yakub Surovçikə, müdafiəçi Yakub Martinesə və hücumçu Matyas Voytaya hücum ediblər. Komandalar tunelə çəkiliblər. Hakim matçı bir neçə dəqiqəlik dayandırıb. “Slaviya”nın oyunçuları tezliklə meydana qayıdıblar, lakin qonaqlar oyunu davam etdirməkdən imtina ediblər. Bundan sonra matçın davam etdirilməməsi qərarı verilib.

İntizam komitəsi qərarını gələn həftə verəcək. “Slaviya”nın 0:3 hesablı texniki məğlubiyyət alacağı gözlənilir.

Seçilən
32
publika.az

1Mənbələr