AZ

Mbappe bu axşam oynamayacaq: “Real”ın heyəti açıqlandı FOTO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe “Barselona” ilə “El-Klasiko”nu buraxacaq.

İdman.Biz xəbər verir ki, fransalı ulduz La Liqanın 35-ci turu çərçivəsində keçiriləcək qarşılaşma üçün iştirak ərizəsinə salınmayıb.

“Real Madrid”in rəsmi siyahısında hücumçular arasında Vinisius Junior, Qonzalo, Brahim Dias və Franko Mastantuono yer alıb.

“Marca”nın məlumatına görə, Mbappe dünənki məşqin başa çatmasına beş dəqiqə qalmış hazırlığı yarımçıq dayandırıb. O, narahatlıq hiss etdiyini və məşqi davam etdirə bilməyəcəyini söyləyib. Bu vəziyyət komanda daxilində təəccüblə qarşılanıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
icma.az

1Mənbələr