AZ

Küveytin hava hücumundan müdafiə sistemləri aktiv hala gəldi

Fars körfəzi regionunda hərbi gərginlik artmaqda davam edir.

"Ölkə.az" xəbər verir ki, Küveyt Müdafiə Nazirliyi ölkə ərazisinə yönəlmiş pilotsuz uçuş aparatlarının (PUA) hücumunun qarşısının alındığını rəsmən elan edib. Nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, Küveytin Hava Hücumundan Müdafiə sistemləri ölkənin hava məkanında bir neçə düşmən PUA-sını vaxtında aşkar edərək zərərsizləşdirib. "Silahlı qüvvələr Küveytin hava məkanında bir sıra düşmən pilotsuz təyyarələrini müəyyən edib və müəyyən olunmuş prosedurlara uyğun olaraq lazımi tədbirlər görülüb", — deyə sənəddə qeyd olunur. Müdafiə Nazirliyi hücumun hansı istiqamətdən həyata keçirildiyi və PUA-ların mənşəyi barədə hələlik dəqiq məlumat verməsə də, ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib. Hadisə regionda İran və ABŞ tərəfdaşları arasında hərbi ritorikanın kəskinləşdiyi bir vaxta təsadüf edir. Analitiklər hesab edirlər ki, bu cür təxribatlar körfəz ölkələrinin təhlükəsizlik arxitekturasını hədəf alır və daha böyük münaqişənin xəbərçisi ola bilər.

Hazırda Küveyt ərazisində mühüm strateji obyektlərin qorunması gücləndirilib və aşkar olunan PUA qalıqlarının tədqiqi üçün xüsusi komissiya yaradılıb. Əmirliyin təhlükəsizlik qurumları əhalini sakitliyə çağırsa da, hava məkanına nəzarətin 24 saatlıq rejimdə davam etdiriləcəyini vurğulayıblar.
 

Seçilən
25
2
olke.az

3Mənbələr