AZ

4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti açıqlanıb.

Musavat.com bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Mayın 10-da saat 10 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü şəxsə müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir".

Seçilən
7
3
musavat.com

10Mənbələr