AZ

ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin üzvləri və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.

Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri düzüblər. Ziyarət zamanı Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin müstəqilliyinin qorunması və inkişafı istiqamətində misilsiz xidmətləri bir daha minnətdarlıqla xatırlanıb.

Agentliyin nümayəndələri daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
 
 

 

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Seçilən
49
1
xalqqazeti.az

2Mənbələr