AZ

“Real Madrid”in prezidenti “El Klasiko”ya getməyəcək

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Real Madrud” klubunun prezidenti Florentino Peres bu gün keçiriləcək “El-Klasiko” matçında iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, klub rəhbəri “Barselona” ilə oyunda komanda ilə birlikdə Kataloniyaya yollanmayacaq. Bu məlumat VIP lojaya dəvət olunan şəxslərin siyahısında da təsdiqlənib.

“Real”ı qarşılaşmada təmsil edəcək ən yüksəkvəzifəli şəxs klubun fəxri prezidenti Xose Martines Sançes (Pirri) olacaq. Klubun ictimaiyyətlə əlaqələr direktoru Emilio Butragenyo da oyuna qatılmayacaq.

“Kamp Nou”da İspaniya Kral Futbol Federasiyasının prezidenti Rafael Louzan və La Liqa rəhbəri Xavyer Tebasın iştirakı gözlənilir.

Qeyd edək ki, “Barselona” bu matçda məğlub olmayacağı təqdirdə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edəcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

34 turdan sonra Kataloniya klubu 88 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə 77 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
icma.az

1Mənbələr