ain.az, Axsham.az saytına istinadən bildirir.
"Qızım yüksək bal toplayıb liseyə qəbul oldu. Bizi qürurlandırdı. Onun çəkdiyi zəhmət əvvəlcə özünü, sonra isə bizi sevindirdi. Bizim üzərimizə o qədər də yük düşmürdü. Əsas öz gücüdür".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova AzTV-də qonaq olarkən deyib. Qızı İpəkdən danışan sənətçinin onun yüksək balla liseyə qəbul olduğunu bildirib:
"Əlbəttə, hamımızın müəyyən əməyi var, amma təkbaşına oturub çalışan yenə də uşaqlarımızdır. Onların ətrafında xaos yaşanır: sosial şəbəkələr, qısa vieolar diqqət dağıdır. Bunlara baxmayaraq öz yollarını, gələcəklərini düşünürlərsə halaldı. Hamısının yolu açıq olsun".
Qeyd edək ki, Ceyhun İzer adlı bəylə ailə quran İ.İbrahimovanın 2 övladı var.

View this post on Instagram
A post shared by Axşam.az (@axsamaz)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.