Azərbaycanın avtomobil yollarında mayın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Tarix: 10 May 2026, 18:46