AZ

Bakıda partlayış: Yaralanan var - FOTO+VİDEO - YENİLƏNİB

10.05.2026-cı il tarixində saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, H.Cavid 21 ünvanından yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı şəxs (qadın) yuxarı və aşağı ətrafın II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Hazırda Mərkəzin Reanimasiya şöbəsində pasiyentin müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

 

***13:02

Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Zeynəb Rzayeva

***

12:34

Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində yerləşən yaşayış binalarından birində yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürmə qrupları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.

Zeynəb Rzayeva

 

***

12:30

Bakının Yasamal rayonunda, Hüseyn Cavid prospektində yerləşən yaşayış binalarından birində yanğın hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə “Space Tv”nin yaxınlığında baş verib.

Hadisə yerindən görüntüləri təqdim edirik.

Zeynəb Rzayeva

 

Seçilən
51
bakivaxti.az

1Mənbələr