Finlandiyada Yohannesburqdan Amsterdama uçan təyyarənin iki sərnişinində hantavirus aşkar edilib.
Musavat.com xəbər verir ki, virus ilk olaraq təyyarə göyərtəsindəki sərnişinlərdən birində müəyyən olunub.
Həmin qadın sərnişin Yohannesburq hava limanında huşunu itirərək xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Təyyarədə vəfat edən şəxsdən bir neçə sıra arxada əyləşən Finlandiya vətəndaşlarında da hantavirus testi müsbət nəticə verib. Səhiyyə qurumlarının tövsiyəsi ilə həmin şəxslər karantinə alınıb və hazırda həkim nəzarəti altındadırlar.
Musavat.com