Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Futbolçulara çətin oyun olacağını demişdim. Çünki onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik".
Sportal.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 31-ci turunun “Karvan-Yevlax” la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Məşqçi kimi karyeranızda çoxsaylı uğurlar olub. Azərbaycandakı uğur karyeranızda hansı yeri tutur?
- Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur. Çünki mən bura gələndə, klub prezidenti qarşımıza xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentə təşəkkür edirəm ki, bu layihəyəy görə öz ürəyini qoydu. Bu müddət ərzində harda oynamağımızdan asılı olmayaraq bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətli yer tutur. Çünki bu 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur, avrokuboklara gedirik.
- "Turan Tovuz" avrokuboklarda uğurlu olması üçün ciddi şəkildə güclənməlidir?
- Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə onlar baxır ki, klub avrokuboklarda oynayır, ya yox. İndi asan olacaq.
- Növbəti mövsüm Premyer Liqada hədəf yüksələcək?
- Bu barədə indidən danışmaq çətin olar. Bu, komandanın nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, "Sabah" güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər "Sabah"ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu.
Mirbağırağa
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.