AZ

Starmer baş nazir postundan gedir?

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer bəzi parlament üzvlərinin istefa çağırışlarına baxmayaraq, qarşıdakı illərdə hökumətə rəhbərlik etməyə davam etmək niyyətində olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, o, bu barədə “Deyli Mirror” nəşrinə müsahibəsində danışıb.

“Biz hər zaman milli dirçəlişin onilliyi barədə danışmışıq. Ölkə bizə çox ağır vəziyyətdə miras qalıb. Söhbət yalnız zəifləmiş iqtisadiyyatdan getmir. Dövlət xidmətləri ciddi şəkildə zərər görüb. Əslində vəziyyət gözlədiyimizdən də ağır idi. Buna görə də 10 illik yenilənmə proqramına ehtiyac var”, - deyə Starmer bildirib.

O qeyd edib ki, 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə də Leyboristlər Partiyasına rəhbərlik etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
axar.az

2Mənbələr