AZ

“Azərbaycanın Pakistana dəstəyini çox yüksək qiymətləndiririk” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Bu gün Pakistanın ölkəmizdəki səfirliyində "Haqq Savaşı"nın (Marka-e-Haq) bir illiyinə həsr olunmuş tədbir keçirilib.

Hafta.az yazır ki, tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ölkəsinin suverenliyi uğrunda apardığı mübarizədən və Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyindən danışıb.

“Bu gün milli dönəmimizdə həlledici an olan Haqq Savaşının (Marka-e-Haq) bir illiyini qeyd edirik. Bu, sadəcə təqvimdəki adi bir tarix deyil, bu, cəsarət, birlik və sarsılmaz qətiyyət hekayəsidir. Hər bir əsgərin möhkəm dayandığı və hər bir vətəndaşın onların arxasında durduğu bir hekayədir” deyən səfir bildiirb ki, bu gün hər bir pakistanlı Hindistanın təcavüzündən Vətənini müdafiə etmək üçün intizam və qətiyyətlə ayağa qalxan silahlı qüvvələrin şücaətini alqışlayır.

Diplomat qeyd edib ki, Hindistanın Pakistana qarşı məlum hücumlarına effektiv şəkildə qarşı çıxdıqları bir vaxtda azərbaycanlı qardaş və bacılar pakistanlı qardaş və bacıları ilə çiyin-çiyinə dayanıb və bu gözəl vəhdəti görmək çox qürurverici idi.

“Keçən il dövlətimizə qarşı təcavüz tətbiq edildikdə, möhtərəm Baş nazir Şahbaz Şərifin rəhbərliyi altında Pakistan sakit qətiyyət və mənəvi aydınlıqla hərəkət etdi. Cavabımız ölçülü, məsuliyyətli və dəqiq idi; emosiyalara deyil, prinsiplərə əsaslanırdı.

BMT Nizamnaməsinə uyğun olaraq hərəkət edən Pakistan, Pakistan Müdafiə Qüvvələrinin rəisi, Feldmarşal Asim Munirin rəhbərliyi altında özünümüdafiə hüququnu tətbiq etdi və yalnız Pakistana hücum etmək üçün istifadə olunan Hindistan hərbi obyektlərinə yönəlmiş qətiyyətli, həlledici və mütənasib cavab verdi” deyən səfir Qasım Mohiuddin əlavə edib ki, nəhayət, Bünyan-ül-Marsos əməliyyatı hərbi uğur qazandı. Dünya bir daha şahidi oldu ki, Pakistan Hindistanın və onun Baş naziri Modinin təkəbbürünə qarşı çıxaraq necə onu məhv etdi - Hindistan silahlı qüvvələri alçaldıcı məğlubiyyətlə üzləşdi.

“Bu dəqiq və qətiyyətli cavabla Pakistan aydın və birmənalı mesaj göndərdi: Pakistan sülh tərəfdarıdır, lakin heç vaxt öz ləyaqəti, suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə bağlı güzəştə getməyəcək.

Ötənilki hadisələr bizə onu da xatırladır ki, Cənubi Asiyada davamlı sülh əsas məsələləri - ən başlıcası, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və xalqın istəklərinə uyğun olaraq Cammu və Kəşmir məsələsinin ədalətli həllini tapmadan əldə edilə bilməz”, - pakistanlı diplomat deyib.

Səfir Qasım Mohiuddin çıxışını bu sözlərlə tamamlayıb: “Pakistan hökuməti və xalqı Azərbaycanın Hindistanın işğalı altında olan Cammu və Kəşmirdə, eləcə də ötən il Hindistanın Pakistana qarşı təcavüzünə qarşı prinsipial mənəvi və diplomatik dəstəyini çox yüksək qiymətləndirir”.

Seçilən
29
hafta.az

1Mənbələr