AZ

"Portuqaliya dünya çempionluğunu qazana bilər"

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya milli komandasının DÇ-2026-da nə dərəcədə yaxşı çıxış edə biləcəyi ilə bağlı danışıb və turnirin digər favoritlərinin adlarını açıqlayıb.

Sportal.az “La Gazzetta dello Sport”a danışan portuqaliyalı mütəxəssis ölkəsinin millisi barədə fikirlərini bildirib:

"Portuqaliya millisi hər şeyi edə bilər. Onların inanılmaz bir nəsli var, keçən il Millətlər Liqasını qazandılar. 2016-cı ildə Avropa çempionluğunu əldə etdilər. Bu nəsil texniki cəhətdən əvvəlkindən üstündür. Əlbəttə ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi var, Argentinanı da unutmaq olmaz. Amma Portuqaliya dünya çempionluğunu qazana bilər".

Xatırladaq ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

saytlarin hazirlanmasi

Seçilən
18
sportal.az

1Mənbələr