AZ

QHT Agentliyinin xətti ilə paytaxtın mərkəzi hissəsində açıq səma altında 2 tədbir keçiriləcək

“Bakı Şəhərsalma Həftəsi”nin ilk günü - 2026-cı il mayın 11-də QHT Agentliyinin xətti ilə paytaxtın mərkəzi hissəsində açıq səma altında 2 tədbir keçiriləcək:


1. Saat 12:00-dan 18:00-dək “Gilavar Foto Klubu” İctimai Birliyinin “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgisi - Məkan: Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısı;
2. Saat 17:00-dan 21:00-dək “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin “Xəzərin sahilində” adlı intellektual çempionatı - Məkan: Dənizkənarı Milli Parkda yerləşən Saat Qülləsi meydanı.

 

Bütün QHT-lər sərgi ilə tanış olmağa, çempionatı izləməyə dəvətlidir.

Seçilən
49
qht.az

1Mənbələr