AZ

Dalaşan futbolçular bir birini ziyana saldılar

ain.az, Footbal-plus saytına istinadən bildirir.

“Real” rəhbərliyi bir neçə gün əvvəl məşqdə dalaşan futbolçuları cəzalandırıb."Football-plus.az" xəbər verir ki, Orelyen Çuameni ilə Federiko Valverde münasibətlərini əl-qolla ayırd etmişdilər. Nəticədə başından zərbə alan Federiko huşunu itirdiyi üçün həkimlərin yardımına ehtiyac duymuşdu. Bu insdentə görə bir-birlərindən, klubdan, məşqçilərdən, oyundaşlarından və azarkeşlərdən üzr istəyən futbolçular bir-birini ziyana salıblar. Belə ki, rəhbərlik onların hər birini 500 min avro cərimələyib. Bununla da klubdaxili araşdırma sona çatıb.Yerli mənbələr dava-dalaşa baxmayaraq, futbolçuların komandadakı birgə çıxışını davam etdirmək istəyində olduğunu, klubun da onlardan imtina etməyəcəyini xəbər verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr