AZ

Tramp onları tənqid etdi:

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda İranı və keçmiş ABŞ prezidentlərini sərt tənqid edib.Metbuat.az xəbər verir ki, Tramp bildirib ki, İran son 47 il ərzində həm ABŞ-ni, həm də dünyanı aldatmağa çalışıb. O, keçmiş prezident Barack Obama dövründə İranla imzalanan nüvə sazişini Tehran üçün böyük uğur adlandırıb. ABŞ lideri qeyd edib ki, Obama administrasiyası İsrail və digər müttəfiqləri kənarda qoyaraq İrana “yeni həyat şansı” verib. Tramp həmin dövrdə İranın dondurulmuş milyardlarla dollar vəsaitinin geri qaytarıldığını xatırladaraq, pulların çamadanlarla təyyarə vasitəsilə İrana göndərildiyini iddia edib.

Tramp paylaşımında keçmiş prezident Joe Biden administrasiyasını da tənqid edib. O, İranın əvvəlki illərdə ABŞ-yə güldüyünü irəli sürərək, “Artıq gülə bilməyəcəklər” ifadəsini işlədib.

Seçilən
78
metbuat.az

1Mənbələr