AZ

Rusiya vətəndaşları üçün Səudiyyə Ərəbistanına vizasız rejim başladı

Rusiya vətəndaşları artıq Səudiyyə Ərəbistanına vizasız turist səfərləri edə biləcəklər.

Musavat.com xəbər verir ki, iki ölkə arasında imzalanmış müvafiq saziş mayın 11-dən qüvvəyə minib.

Yeni qaydalara əsasən, Rusiya vətəndaşları turizm məqsədilə Səudiyyə Ərəbistanına viza almadan səfər edə biləcəklər. Razılaşmanın iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafına təkan verəcəyi gözlənilir.

Hələlik vizasız qalma müddəti və digər texniki detallar barədə əlavə məlumat açıqlanmayıb.

 

Musavat.com

Seçilən
91
musavat.com

1Mənbələr