AZ

CNN: ABŞ Kuba yaxınlığında kəşfiyyat uçuşlarını artırıb

BAKI, 11 may. TELEQRAF

ABŞ hərbçiləri Kuba sahilləri yaxınlığında kəşfiyyat məqsədli uçuşların sayını əhəmiyyətli dərəcədə artırıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

İlkin mənbəyə görə, fevralın 4-dən etibarən ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələri ada sahilləri yaxınlığında azı 25 uçuş həyata keçirib. Uçuşların böyük hissəsi Havana və Santyaqo-de-Kuba yaxınlığında baş tutub.

Məlumata əsasən, ABŞ ordusu əsasən P-8A “Poseidon” dəniz kəşfiyyat təyyarəsindən istifadə edib. Bundan başqa, RC-135V “Rivet Joint” kəşfiyyat təyyarəsi və MQ-4C “Triton” pilotsuz uçuş aparatları da cəlb olunub.

Xəbərdə qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp martın 5-də Vaşinqtonun İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı gələcək siyasətini müəyyənləşdirəcəyini bildirib.

Tramp daha əvvəl də ABŞ-nin təzyiqləri nəticəsində Venesueladan Kubaya neft tədarükünün azalmasının ölkə iqtisadiyyatını çətin vəziyyətə saldığını iddia edib. O, fevralın 27-də ABŞ-ın “dostcasına Kuba üzərində nəzarət qura biləcəyini” söyləyib.

Kuba Prezidenti Miguel Diaz-Canel isə martın 13-də Havana və Vaşinqton arasında ikitərəfli fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün danışıqlar aparıldığını açıqlayıb.

“Axios” portalının fevral ayında yaydığı məlumata görə, ABŞ dövlət katibi Marco Rubio Raul Kastronun nəvəsi Raul Gilermo Rodriges Kastro ilə Kubanın gələcəyini gizli şəkildə müzakirə edir.

Seçilən
103
teleqraf.com

1Mənbələr