İran ABŞ-nin sülh nizamlanmasına cavab olaraq, Vaşinqtonun israr etdiyi nüvə obyektlərini sökməkdən imtina edib.
"Far.Az"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ ) qəzeti mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Tehran uranın zənginləşdirilməsini dayandırmağa razıdır, lakin ABŞ-nin tələb etdiyi kimi 20 il müddətinə yox.
Bundan əlavə, İran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirmə səviyyələrini azaltmaq üçün yenidən emal etməyi təklif edib.
Qəzet yazır ki, Tehran danışıqların uğursuz olması və ya ABŞ-nin sonrakı mərhələdə potensial razılaşmadan çıxması halında nüvə yanacağının qaytarılmasına zəmanət vermək şərti ilə qalan ehtiyatı üçüncü tərəfə təhvil verməyə hazırdır.