ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniyanın “Real Madrid” futbol komandasının qapıçısı Tibo Kurtuanın Səudiyyə Ərəbistanına mümkün keçidi ilə bağlı yeni iddia yayılıb.
İdman.Biz xəbər verir ki, belçikalı qolkiperin “Əl-Qadisiyə”dən gələn təklifi qəbul etməyə yaxın olduğu bildirilir. Məlumata görə, Kurtua “Real Madrid”dəki təzyiq və daxili gərginlikdən yorulub, Səudiyyə klubunun yüksək maliyyə şərtləri isə onu bu keçidə daha ciddi yanaşmağa vadar edib.
Lakin qapıçının ailəsində bu keçidə müsbət baxılmır. İddialara əsasən, Kurtuanın həyat yoldaşı onun Səudiyyə Ərəbistanına getməsinə qarşıdır və transfer baş tutacağı halda ayrılıq variantını gündəmə gətirə bilər.

Hələlik nə “Real Madrid”, nə “Əl-Qadisiyə”, nə də Kurtua tərəfi bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Buna görə də xəbər hazırda insayder iddiası kimi qiymətləndirilir.
Qeyd edək ki, Kurtuanın “Real Madrid”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.