AZ

ABŞ-də yük vaqonunda altı nəfərin meyiti aşkarlanıb

ABŞ-nin Texas ştatının Laredo şəhərindəki dəmiryol stansiyasında yük vaqonunda altı nəfərin meyiti aşkarlanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, qurbanların şəxsiyyəti və ölüm səbəbləri hələ müəyyən edilməyib. Polis araşdırma aparır.

Qəzet qeyd edir ki, Laredo ABŞ-Meksika sərhədində yerləşir. Əvvəlki gün şəhərdə temperatur 32 dərəcədən yuxarı olub və yük vaqonlarının içərisində temperatur xeyli yüksək ola bilər.

Hakimiyyət orqanları ölənlərin ABŞ sərhədini keçməyə cəhd edən miqrantlar olub-olmadığını hələ təsdiqləməyib. Lakin qəzet xatırladır ki, son on ildə regionda bir neçə oxşar hadisə baş verib.

Seçilən
149
4
far.az

10Mənbələr