AZ

İştirak ərizəsində adına rast gəlmədik - Bizim legionerin

Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 36-cı turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, "Partizani" doğma meydanda "Dinamo Tirana" klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüsal İsgəndərli matçın iştirak ərizəsində yer almayıb.

"Partizani" hazırda 48 xalla 5-ci pillədə qərarlaşıb.

"Partizani" - "Dinamo Tirana" 2:1

Qollar: A.Keko, 19, 32 // M.Koma, 56

Seçilən
60
sportinfo.az

1Mənbələr