AZ

Göygöldə ağır qəza – Beş nəfər xəsarət aldı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov olduğu qeyd edilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
16
konkret.az

10Mənbələr