AZ

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

BAKI, 11 may. TELEQRAF

Bu gün "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi baş tutacaq.

Teleqraf.az xəbər verir ki, Bakıda start götürməklə İsmayıllıda yekunlaşacaq II etap 193,2 kilometr məsafəni əhatə edəcək.

Ötən gün I mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko finişə birinci çatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Seçilən
21
12
teleqraf.com

10Mənbələr