ABŞ MLS liqasında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı “Kolambus Kryu” növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Nyu York Siti" ilə qarşılaşıb.
Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi matçda Nəriman oyuna 79-cu dəqiqədə, bütün qollar vurulduqdan sonra qoşulub.
Hazırda 12 oyundan sonra hesabında 12 xal olan “Kolumbus Kryu” turnir cədvəlində 12-ci pilləsində mövqe tutub.