AZ

Avropanın məşhur klubu yeni baş məşqçidən nə istəyəcək?

“Real” rəhbərliyi cari mövsümdə itirilmiş sabitliyin, hörmətin və nizamın dərhal bərpasını komandanın yeni baş məşqçisi üçün əsas prioritet etmək niyyətindədir.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, bu vəzifə gələn mövsüm komandanı idarə edəcək yeni baş məşqçi üçün prioritet olacaq.

Hazırda isə “Benfika”nı çalışdıran Joze Mourinyo “Real”ın “sükanı arxasına” keçməyə ən yaxın şəxsdir. Portuqaliyalı mütəxəssis bu vəzifəni qəbul etməyə və vəziyyəti yaxşılaşdırmağa hazırdır.

“Real”ın ikinci prioriteti heyəti gücləndirməkdir. Lakin onlar başa düşürlər ki, futbolçular arasında daxili fikir ayrılıqları və paltardəyişmə otağındakı durum yeni oyunçuların alınmasından daha təcilidir.

Seçilən
39
sportinfo.az

1Mənbələr