AZ

Ehtiram Quliyev: “Avrokubok oyununu Tovuzda keçirmək üçün əlimizdən gələni edirik”

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bütün "Turan Tovuz" azarkeşlərini təbrik edirəm". Sport24.az xəbər verir ki, bu sözləri bölgə təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Funksioner avrokuboklara vəsiqə qazanmalarına münasibət bildirib:

"32 illik həsrətdən sonra buna nail olduq. Şəhərimizə yeni sevinc və həyacan gəldi. Futbol festivalını yaşadıq. İlk növbədə baş məşqçimizə, futbolçulara ən çox da azarkeşlərə minnətdaram. Fanatlarımızı bu il çox üzdük. İnanıram ki, xoş nəticə ilə sevinclərinə səbəb olarıq".

Quliyev azarkeşlərə şad xəbər olduğunu da deyib:

"Əlimizdən gələni edirik ki, ilk avrokubok oyununu Tovuz şəhərində keçirək. Mövsüm ərzində bizdən çox uzaq qalıblar. Bunun əvəzində onlara avrokubok matçı hədiyyə etmək istəyirik. Bütün azarkeşlərimizin gözü aydın olsun. Bölgə rayonlarından dəstək istəyirəm. Ağstafadan, Qazaxdan, Gədəbəydən, Şəmkirdən dəstək gözləyirik. "Turan Tovuz" tək bir şəhərin komandası deyil. Bütün Qərbin komandasıdır. Hər kəsi təbrik edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
sport24.az

1Mənbələr