ain.az, Ayna portalına istinadən məlumat verir.
“Biz AİB-in üzvüyük, heç kim bizə “sabah AİB-dən çıxın” deməyib”
“Hazırda seçkilərə hazırlıq görürük və bütün bəyanatları və detalları izləməyə vaxtımız yoxdur. Amma qeyd etdiyiniz epizodla bağlı biz həmişə demişik: Ermənistanın Avrasiya İqtisadi Biqliyi ilə Avropa İttifaqı arasında seçim etmə vaxtı gələndə, əlbəttə ki, biz buna nail olacağıq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) qalıb-qalmayacağına qərar verməli olduğu və ya sivil şəkildə ayrılmaq istəyib Avropa İttifaqına (Aİ) doğru irəliləməli olduğu barədə sərt açıqlamaları ilə bağlı suala bu cür cavab verib: “Burada yeni bir şey yoxdur. Hazırda biz AİB-in üzvüyük və Birlik daxilində fəaliyyətimizi davam etdiririk. Həmçinin erməni xalqının Avropa istəklərinin olduğu da sirr deyil. Qərar vermək vaxtı gələndə biz bunu edəcəyik”.
Paşinyanın Moskvada Ermənistanın hələ də AİB üzvü olması ilə bağlı açıqlamasının qüvvədə qalması ilə bağlı jurnalistin sualına cavab olaraq Mirzoyan belə deyib: "Bu gün biz AİB üzvüyük və heç kim bizə "sabah çıxın" deməyib. Buna görə də hər şey qüvvədə qalır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.