AZ

Hava limanına eniş edən Türkiyə təyyarəsində yanğın baş verdi

Türkiyə Hava Yollarına məxsus təyyarə Nepalın paytaxtı Katmanduda Tribxuvan Beynəlxalq Hava Limanına eniş edərkən hava gəmisində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, sözügedən təyyarə İstanbuldan uçan “Airbus A330”dur.

Təyyarədə 273 sərnişin və 11 heyət üzvü olub. Tüstü aşkar edildikdən sonra sərnişinlər dərhal təxliyə edilib və hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

İlkin məlumata görə, hidravlik maye əyləc sisteminə tökülərək yanğına səbəb olub. Yanğınsöndürənlər alovu bir neçə dəqiqə ərzində söndürüblər.

Seçilən
18
1
redaktor.az

2Mənbələr