Hindistanın baş naziri Narendra Modi Yaxın Şərqdəki gərginlik fonunda yaranan qlobal böhranla əlaqədar ölkədə "pandemiya dövrünün" bəzi məhdudiyyətlərinin yenidən tətbiq olunmasını təklif edib.
Publika.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Baş nazir vətəndaşları qlobal qeyri-müəyyənlik şəraitində daha məsuliyyətli olmağa çağırıb. Modi enerji böhranı ilə mübarizə çərçivəsində sakinlərdən yenidən evdən işləməyi və görüşləri onlayn formatda keçirməyi xahiş edib.
Bundan əlavə, Hindistan hökumət başçısı yanacaq qənaəti məqsədilə hər kəsi şəxsi avtomobillərdən istifadəni minimuma endirməyə və ictimai nəqliyyata üstünlük verməyə səsləyib.