AZ

Pezeşkian: Danışıqlarda iştirakımız təslim olmaq demək deyil

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

İran prezidenti Pezeşkyan dialoq və danışıqlardan danışmağın təslim olmaq demək olmadığını vurğuladı.

Turkustan.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bildirib ki, dialoq və danışıqlardan danışmaq təslim olmaq demək deyil, əksinə İran xalqının hüquqlarının və milli maraqlarının qorunması məqsədinə xidmət edir.İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Pezeşkian paytaxt Tehranda müharibənin vurduğu ziyanı aradan qaldırmaq vəzifəsi daşıyan rəsmilərlə görüşüb.Pezeşkian çıxışında müharibə nəticəsində itkilər verən insanlara kompensasiya ödənilməsinin vacibliyini vurğulayaraq bildirib ki, dialoq və danışıqlardan danışmaq təslim olmaq və ya geri çəkilmək demək deyil, əksinə İran xalqının hüquqlarının və ölkənin maraqlarının qorunması məqsədinə xidmət edir.Pezeşkian İran xalqının "düşmən" qarşısında əyilməyəcəyini bildirib və hücumlarda evləri zədələnmiş vətəndaşlara kömək etmək üçün əllərindən gələni etdiklərini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr