AZ

Bu ölkənin küçələrində gecə qırmızı işıq yandırılır SƏBƏB

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Danimarkada ənənəvi küçə işıqlandırması dəyişdirilir və ənənəvi ağ işıq qırmızı ilə əvəz olunur. Məqsəd gecə heyvanlarına, xüsusilə yarasalara mənfi təsiri azaltmaqdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, layihə Gladsaxe bələdiyyəsində, Kopenhagen yaxınlığında həyata keçirilir. Burada bəzi yol hissələrində standart ağ lampalar əvəzinə qırmızı LED işıqlar quraşdırılıb. Bu qərar şəhərlərdə süni işıqlandırmanın heyvanların hərəkətinə mane olan “işıq baryerləri” yaratması ilə bağlıdır.

Araşdırmalar göstərir ki, parlaq ağ və xüsusilə mavi spektrli işıq yarasaları çaşdırır və onların aktivliyini azaldır. Bu işıq onları yırtıcılar üçün daha görünən edir və ov şəraitini pozur. Qırmızı işıq isə əksinə, yarasaların davranışına demək olar ki, təsir etmir və onlar tərəfindən sanki qaranlıq kimi qəbul olunur. Bu da onların adi marşrutlarını və yaşayış şəraitini qorumağa imkan verir.

Bununla yanaşı, yeni işıqlandırma insanlar üçün də kifayət qədər təhlükəsiz sayılır. Yollar və velosiped zolaqları sürücülər və piyadalar üçün görünən qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
lent.az

1Mənbələr