AZ

Netanyahudan şok qərar: ABŞ-ın yardımından imtina edir

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ-la hərbi əməkdaşlığının maliyyə tərəfi ilə bağlı gözlənilməz açıqlama verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir İsrailin artıq Vaşinqtondan gələn hərbi yardımlardan asılılığını azaltmaq niyyətində olduğunu bildirib.

"CBS News" kanalına müsahibə verən Netanyahu qeyd edib ki, o, hərbi əməkdaşlığın maliyyə komponentini tədricən sıfıra endirmək istəyir: "Mən bu maliyyə yardımının mərhələli şəkildə dayandırılmasını arzulayıram".

Qeyd edək ki, hazırda İsrail hər il ABŞ-dan təxminən 3,8 milyard dollar məbləğində hərbi yardım alır. Netanyahu bu yardımın azaldılması prosesinə indidən başlamağın tərəfdarı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu plan yaxın 10 il ərzində tam reallaşa bilər, lakin prosesin daha sürətlə getməsi də mümkündür.

Seçilən
32
publika.az

1Mənbələr