AZ

"İpək Yolu Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb

"İpək Yolu Sığorta" ASC bu ilin I rübünü 905 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 % çoxdur

Yanvar-mart aylarında "İpək Yolu Sığorta"nın gəlirləri 7,51 milyon manat (1 il əvvələ nisbətən 4,7 % az), xərcləri 6,379 milyon manat (8,85 % az), mənfəət vergisi ödəmələri isə 226 min manat (28,4 % çox) təşkil edib.

Bu il aprelin 1-nə "İpək Yolu Sığorta"nın aktivləri 21,432 milyon manat olub ki, bu da illik müqayisədə 2,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 4,6 % azalaraq 5,255 milyon manata düşüb, balans kapitalı isə 2,1 % azalaraq 16,177 milyon manata çatıb.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Seçilən
65
far.az

1Mənbələr