AZ

Azərbaycanda süni intellektlə törədilən təxribat

Azərbaycanda süni intellektdən istifadə etməklə törədilən təxribat halları cinayət sayılacaq və buna görə ciddi cəzalar tətbiq ediləcək.

Publika.az fed.az-a istinadən xəbər verir ki, bu Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklər Məcəllənin 282-ci (təxribat) maddəsinə aiddir. Qanunan edilən dəyişiklikdə təxribatın obyektləri genişləndirilib.

Belə ki, əvvəllər "təxribat" deyildikdə Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma başa düşülürdü. Dəyişikliklərdən sonra isə təxribat sayılan hərəkətlərə yuxarıda sadalananlardan başqa, ölkənin elmi-texniki potensialını zəiflətmək, kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən hallar da aid ediləcək.

Məcəllədə cəza nəzərdə tutulan təxribat törədilməsi üsulları da artırılıb, belə ki, yuxarıda sadalanan hərəkətləri süni intellektdən və xüsusi proqram təminatlarından istifadə etməklə törətmək də cinayət sayılacaq. Təxribata görə cəzalar sabit qalsa da, ağırlaşdırıcı halların siyahısı genişlənib.

Seçilən
34
1
publika.az

2Mənbələr